23 Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
412

 Mərkəzi Nəbatat Bağında  torpağın yaxşılaşdırılması, münbitliyinin mühafizəsi, artırılması və səmərəli istifadə edilməsi sahəsində bir sıra tədbirlərin görülməsi prosesi daim diqqət mərkəzində saxlanılır.  Belə ki, torpaqların  torpaqların şoranlaşmaması, eroziyaya məruz qalmaması və digər səbəblərdən aqrotexniki tədbirlərin görülməsi gündəlik  tədbirlər sırasına daxildir. 

Görülən işlərin davamı olaraq Qida və dərman bitkiləri biokimyası laboratoriyasında da "Sarı tərs lalə"  və "Mor tərs lalə" bitkilərinin toxumlarının əkini həyata keçirilib. Qeyd edək ki, görülən işlər Bağın bitki koleksiyasını zənginləşdirilməsinə xidmət edir.