18 Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
195

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Qeyd etdiyimiz işlər çərçivəsində sahənin alaq otlardan təmizlənməsi, torpaq səthinin yumşaldılması, tullantıların ərazidən uzaqlaşdırılması işləri,  xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri,  bitkilərin vaxtaşırı suvarılması, mövsümə uyğun olaraq ağacların budanması prosesləri həyata keçirilir.