17 Aug
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
230

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyyətin tənzimlənməsi, yaşıllıqların qorunmasında mühüm əhəmiyyət malik olan təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Sözügedən  aqrotexniki tədbir çərçivəsində ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, zərərvericilərə qarşı dərmanlanıb.

Qeyd edək ki, bu tədbirlərin vaxtlı-vaxtında aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə şərait yaradır.