16 Aug
Mərkəzi Nəbatat Bağında bitkilərin inkişafı istiqamətində intensiv işlər aparılır
292

Bağçılığın intensiv inkişafında istifadə edilən mühüm aqrotexniki tədbirlərdən biri də torpaqda su rejiminin  tənzim edilməsidir. Yay mövsümündə yağıntıların az olması və hava temperaturunun yüksək olması səbəbindən nəm tez buxarlanır.  Buna görə yayda bitkilərin suvarılması vacib amillərdən biridir.  Lakin suvarmanın faydalı olması üçün bir sıra qaydalara əməl edilməlidir. Bunun üçün ağacın  gövdəsinin ətrafında çuxur qazılır və suvarılma zamanı su ətrafa axmadan birbaşa ağacın kökünə qədər hopur.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında  sadalanan aqrotexniki qaydalara düzgün əməl edildiyi üçün ağaclarda sürətli inkişaf müşahidə olunur.