10 Aug
Mərkəzi Nəbatat Bağında yaşıllıqlara qulluq tədbirləri davam edir
167

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bitkilərə aqrotexniki qulluq göstərilməsi, ağacların diblərinin yumşaldılması, suvarılması,alaq otlarından təmizlənməsi, torpaqların münbitliyinin artırılması istiqamətində lazımi tədbirlər görülür.

Qeyd edək ki, bu tədbirlərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə daim nəzarət edilir.