11 Jul
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
190

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri uğurla davam etdirilir. Belə ki, Bağın ərazisində  mövcud olan ağac və kol bitkilərinin müntəzəm olaraq suvarılması, təbii gübrələrlə zənginləşdirilməsi, torpaq örtüyünün yumşaldılması istiqamətində lazımi tədbirlər görülür. 

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.