07 Jul
Mərkəzi Nəbatat Bağında yığıncaq keçirilib
237

7 iyun 2023-cü il tarixində Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin yerləşdiyi ərazilər üzrə mərhələli şəkildə pasportlaşdırılması ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icraçısı Natiq Allahverdiyev, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos Asif Mehralıyev, Dekorativ bitkilərin introduksiyası və seleksiyası  laboratoriyasının müdiri b.ü.f.d., dos Ofeliya Qafarova, Tropik və subtropik bitkilər laboratoriyasının müdiri b.ü.f.d dos Aynur Ərəbzadə və Bitki kolleksiyası şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova iştirak edib.

Laboratoriya müdirləri əldə etdikləri son statistik məlumatları müzakirə edərək prosesin yekunlaşdığını bildiriblər.