22 May
Mərkəzi Nəbatat Bağında yığıncaq keçirilib
147

22 may 2023-cü il tarixində Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin yerləşdiyi ərazilər üzrə mərhələli şəkildə pasportlaşdırılması ilə əlaqədar yığıncaq keçirilib. Yığıncaqda Bağın İdarə Heyəti sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icraçısı Natiq Allahverdiyev, Bitki ekologiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Sevinc Quliyeva, Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasının müdiri b.ü.f.d., dos. Ofeliya Qafarova, Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının müdiri b.e.d. Həsən Babayev, Oduncaqlı bitkilər laboratoriyasının müdiri b.ü.f.d., dos Asif Mehralıyev, Bitki kolleksiyaları şöbəsinin müdiri b.ü.f.d. Günay Məmmədova və başqa alim, mütəxəssislər iştirak edib.

Yığıncağın sonunda alimlər öz təklif və tövsiyyələrini bildiriblər.