26 Apr
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
103

Mərkəzi Nəbatat Bağında  ağac və kol bitkilərinə, dekorativ güllərə müvafiq aqrotexniki qulluq tədbirləri həyata keçirilib. Sözügedən tədbir çərçivəsində ağac və kol bitkilərinin, dekorativ güllərin  dibi yumşaldılıb, suvarılıb, gübrə verilib, zərərvericilərə qarşı dərmanlanıb, dəryazla alaq otlarından təmizlənib.. Eyni zamanda, Bağda müntəzəm olaraq təmizlik işləri aparılır, səliqə-səhman yaradılır. 

Qeyd edək ki, sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir.