25 Apr
Mərkəzi Nəbatat Bağında Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasında dərmanlama prosesi davam edir
119

Mərkəzi Nəbatat Bağında Dekorativ bitkilərin introduksiyası və seleksiyası laboratoriyasında hər bir sortun özünəməxsus əlaməti və xüsusiyyəti nəzərə alınaraq zərərverici və xəstəliktörədicilərdən qorunması məqsədi ilə  monitorinq həyata keçirilib. Qeyd edək ki, bitkilərin inkişafı üçün müəyyən amillərin mövcud olması tələb olunur. Bunlar olmadıqda sort mühitlə əlaqədar olaraq onun şəraitini assimilyasiya etməyə məcbur olur və beləliklə onun əlamət və xassələri keçmiş nəsildən fərqli olaraq dəyişir.  Sadalanan fikirləri nəzərə alaraq sort toxumların keyfiyyətinin aşağı düşməsi ilə daim mübarizə aparmaq və onu yaxşılaşdırmaq üçün lazımi tədbirlər aparılır. Belə ki, xəstəliktörədici və zərərvericilərə qarşı dərmanlama prosesi həyata keçirilir.