25 Apr
Mərkəzi Nəbatat Bağında monitorinq həyata keçirilib
206

20 aprel 2023­-cü il tarixində Mərkəzi Nəbatat Bağında bitkilərdə müşahidə olunan xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri məqsədi ilə monitorinq tədbirləri həyata keçirilib.

Məlumdur ki, pestisidlər bitkiləri ziyanvericilərdən qorumaq məqsədi ilə istifadə olunur. Bitkilərin ziyanvericiləri və xəstəliktörədiciləri əsasən həşəratlar, fitopotoken göbələklər, bakteriyalar, viruslar və bitki mənşəli orqanizmlərdir. Bir sıra dərman preparatları vasitəsi ilə dərmanlama aparılır eyni zamanda kimyəvi maddələrin köməyi ilə xəstəlikləri yayan zərərvericilər məhv edilir.

Belə ki,  Bağın müvafiq laboratoriyaları və oranjereyasında yetişdirilən ağac, kol və s. bitkilərdə müşahidə olunan xəstəlik törədicilərdən - unluşeh, pas, zərərvericilərdən isə - adi qabıqyeyən həşəratlar, yarpaq yeyən sərtqanadlılar, mənənələr, yastıcalar müəyyən olunaraq onlara qarşı mübarizə tədbirləri aparılıb.  Yuxarıda qeyd olunmuş zərərvericilərə qarşı “Ultumatom” və “Skor” adlı pestisidlərdən istfadə olunaraq dərmanlama aparılıb.