20 Apr
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
283

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıq sahələrinin genişləndirilməsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər  davamlı olaraq aparılır. Bağda həyata keçirilən təmizlik işləri, yaşıllaşdırma və aqrotexniki qulluq işləri bitkilərin sağlam böyüməsi üçün önəmli faktordan biridir. Görülən işlər çərçivəsində mövcud olan çoxillik güllər suvarılır, gübrə verilir, torpaq örtüyü yumşaldılır. Eyni zamanda  ötən il əkilmiş çinar ağaclarına göstərilən düzgün aqrotexniki qulluq tədbirlərinin nəticəsində  onların inkişaf etdiyi müşahidə edilmişdir. 

Bağın təcrübə sahələrində mövcud olan yaşıllıqların qorunması, əkilmiş dekorativ və meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.