14 Apr
Mərkəzi Nəbatat Bağında aqrotexniki qulluq işləri davam edir
171

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara aqrotexniki qulluq istiqamətində görülən işlər davam edir.  Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılıb. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir.

Sözügedən tədbirlərin aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.