13 Apr
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
144

Mərkəzi Nəbatat Bağında ekoloji vəziyətin tənzimlənməsi, yaşıllıqların qorunması məqsədilə təmizlik və yaşıllaşdırma işləri çərçivəsində  mütəmadi olaraq aqrotexniki qulluq tədbirləri həyata keçirilir. Bu  tədbirlərə müntəzəm olaraq təcrübə sahələrinin təmizlənməsi, meyvə ağaclarına və digər bitkilərə  suyunun verilməsi, ağacların diblərinin bellənməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.