03 Apr
Mərkəzi Nəbatat Bağında təmizlik və mövcud yaşıllıqlara qulluq işləri davam edir
152

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara aqrotexniki qulluq istiqamətində görülən işlər davam edir.  Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılıb. Uzun illər baxımsız vəziyyətdə qalmış bitkilər dərmanlama, gübrələmə, suvarma və digər aqrotexniki tədbirlər nəticəsində canlanma müşahidə olunmuşdur. Bununla yanaşı, Bağı əhatə edən 46 hektarlıq ərazinin 3 hektarında yeni əkilmiş hər bir ağac və kol bitkilərinə son bir il ərzində göstərilən  düzgün aqrotexniki qulluq nəticəsində dinamik inkişaf etmişdir. Buna misal olaraq mahoniya bitkisini göstərmək olar.

Qeyd edək ki, göstərilən bu tədbirlər Mərkəzi Nəbatat Bağının florasının gələcəkdə inkişafına öz bəhrəsini verəcəkdir.