28 Mar
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
156

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və qorunması istiqamətində aparılan işlər daim diqqət mərkəzində saxlanılır. Belə ki, hər bir  bitkinin əkilib becərilməsi zamanı onun normal inkişafına və məhsuldarlığına nail olmaq üçün bu torpaqlara kifayət qədər çürüntülü qara torpağı və üzvi gübrə əlavə edilməlidir. Eyni zamanda bitkilərin suya olan tələbatına görə 4 qrupa ayrılan  1. Hidrofillər , 2. Hidrofitlər,  3. Mezofitlər , 4. Kserofitlər öz xüsusiyyətlərinə uyğun becərilir. Becərmədə bitkilərin rütubətə olan bioloji tələbatı, işıq amili, qida amili, temperatur amili, həmişə diqqət mərkəzində saxlanılır.