27 Mar
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
118

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur.

Sözügedən tədbirlərin aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.