17 Mar
Mərkəzi Nəbatat Bağında bənövşə və süsən bitkiləri çiçək açıb
230

Mərkəzi Nəbatat Bağında bənövşə və süsən bitkiləri çiçək açıb. Bənövşə (Viola L.),  bənövşəkimilər fəsiləsinə aiddir. Hündürlüyü 3-22 sm, sürünən, yerüstü nazik zoğların qoltuğunda kök salan, gövdəsi olmayan çoxillik ot bitkisidir. Kökümsovu qalıntəhər,buğumlu, ağımtıldır. Dekorativ bitkidir.Qədimdə çiçək və kökü öskürəyə qarşı dərman kimi istifadə olunurdu. Bənövşə yağından parfumeriyada istifadə olunur. Balverən bitkidir.

Süsən (İris L), Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca, göy qurşağı adlandırılmışdır. Hündürlüyü 80-100 (110) sm olan çoxillik ot bitkisidir. Yerüstü hissəsi budaqsızdır. Süsənin bir çox növlərinin çiçək və kökümsovlarının tərkibində yeyinti və toxuculuq sənayesində, gön-dəri istehsalında, eləcə də əczaçılıq, ətriyyat və kosmetika sahələrində istifadəsi mümkün olan antosian və aşı maddələri, dərman, efir yağları var.