15 Mar
Mərkəzi Nəbatat Bağında yaşıllaşdırma işləri yüksək səviyyədə davam edir
155

Ekoloji sabitliyin təmin olunması məqsədilə Mərkəzi Nəbatat Bağının ekoloji tədbirləri sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət daşıyır və bu işlər intensiv qaydada davam etdirilir. Bu işlər çərçivəsində Bağda təmizlik işləri aparılır, ağacların dibi bellənir, suvarılır, dekorativ bitkilərə və çoxillik güllərə aqrotexniki qulluq göstərilir. Mərkəzi Nəbatat Bağında işlərin keyfiyyətlə həyata keçirilməsi rəhbərlik  tərəfindən daim nəzarətdə saxlanılır.