14 Mar
Mərkəzi Nəbatat Bağında Nərgiz gülü bitkisi çiçək açmışdır
290

 Mərkəzi Nəbatat Bağında bir çox çiçəklərlə yanaşı nərgiz gülü bitkisi çiçək açmışdır. Qeyd edək ki, Nərgiz gülü (lat. Narcissus) — bitkilər aləminin quşqonmazçiçəklilər dəstəsinin nərgiz çiçəyikimilər fəsiləsinə aid bitki cinsidir. Yarpaqları və çiçək sapları eyni olsada, çiçəkləri bəyaz, sarı, narıncı, çəhrayı rəngdə olan növlərinə rast gəlmək olar. Gözəlliyi və ətirli olması ilə çox sevilən bu çiçəklər həm də müalicəvi əhəmiyyətə malikdir. Dərman məqsədilə onun soğanaqlarından istifadə olunur. Nərgizgülünün çiçəklərində likorin adlı zəhərli alkoloid, karotin,flavonoid, taset, supsenin alkoloidləri, narsin-poetik alkoloidi müəyyən edilmişdir.