14 Mar
Mərkəzi Nəbatat Bağında təmizlik işləri davam edir
148

Mərkəzi Nəbatat Bağının yaşıllıq ərazilərində torpaqların eroziyadan qorunması, münbitliyinin artırılması və lazımi rütubət mühitinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bağın ərazisində mövcud olan ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir, təmizlik və suvarma işləri aparılır. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri planlı şəkildə aparılır.