10 Mar
Mərkəzi Nəbatat Bağında Tropik və subtropik bitkilər laboratoriyasının orenjereyasında bitkilərin mühafizəsi tədbirləri görülüb
127

Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Aynur Ərəbzadənin iştirakı ilə oranjereyada bitkilərin mühafizəsi işləri görülür. Yaz mövsümünə hazırlıqla əlaqədar olaraq bitkilərə lazımi qaydada aqrotexniki qulluq olunur. Belə ki, laboratoriyanın aparıcı mütəxəssisi Qədirli-Şəfiyeva Günel və digər mütəxəssislər tərəfindən bitkilərin torpağı yenilənir, yumşaldılır, suvarılır, gübrələnir. Həmçinin bitkilərdə xəstəlik və zərərvericilər aşkar olunduqda müvafiq mübarizə tədbirləri həyata keçirilir.