09 Mar
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
152

Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi, yaşıllıqların artırılması işləri çərçivəsində aparılan təmizlik və yaşıllıqlara qulluq işləri davam etdirilir. Bu tədbirlər çərçivəsində belləmə, gübrәlәmә, alaq otlarından təmizləmə və yarpaq qalıqlarının yığılıb sahədən çıxarılması vә s. işlər  hәyata keçirilir. Bundan başqa, ağac və kol bitkilərinə düzgün aqrotexniki  qulluq tәdbirlәri hәyata keçirilir ki, bu da zәrәrvericilәrin miqdarca azaldılmasına və bitkilərin inkişafına səbəb olur.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və qorunması istiqamətində aparılan işlər daim diqqət mərkəzində saxlanılır