02 Mar
Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkilərinin biokimyası laboratoriyasının bitkiləri erkən çiçək açıb
205

Mərkəzi Nəbatat Bağında Qida və dərman bitkilərinin biokimyası  laboratoriyasında gülçiçəkkimilər fəsiləsinə aid olan Qafqaz sortlu adi badam (Amygaladu armenica), torlu süsən (Iris reticulata), müxtəlif rəngli novruzçiçəyi (Primula heterophylla) bitkiləri çiçək açmışdır.

Adi badam- Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi olub qozmeyvəli bitkidir. Hünd. 8 m-dək olur. Kökləri dərinə işləyir. Lanset şəkilli yarpaqları növbə ilə düzülmüş, çiçəkləri ağ, yaxud çəhrayı rəngdədir. Meyvəsi tüklü-oduncaqlı çəyirdəkdir, iyun–avqust aylarında yetişir. Meyvəsinin ləpəsində amiqda lin qlükozidi, 6%-ədək su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ, 4% sellüloz, 2% kül var. 

Torlu süsən, Ön Asiya bitki növü olub, Azərbaycanda az rast gəlinir. Kökümsovu və toxumu vasitəsilə çoxalır. “Qırmizi kitab”a düşmüşdür.

Müxtəlif rəngli novruzçiçəyi, Primulaceae ailəsində alçaq boylu otların növü 400-500-ə bərabərdir. Dekorativ bitki olub erkən çiçək açır. Onların çiçəkləri bənövşəyi, sarı, açıq-qırmızı və ya ağ rəngdə olur.