17 Feb
Mərkəzi Nəbatat Bağının alimləri bitkilərə baxış keçirib.
219

Mərkəzi Nəbatat Bağında yaşıllıqlaşdırma və onlara qulluq işləri müntəzəm olaraq  aparılır. Görülən işlər çərçivəsində  torpaq örtüyü yumşaldılır, təcrübə sahələrində təmizlik işləri aparılır, əkilmiş dekorativ və meyvə ağaclarına aqrotexniki qulluğun göstərilməsi kimi tədbirlər görülür. Bu tədbirlərin düzgün aqrotexniki qaydalarla aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və sürətli inkişaf etməsinə şərait yaradır.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının alimləri daima Bağda bitkilərə nəzarəti həyata keçirir.