16 Feb
Mərkəzi Nəbatat Bağında yaşıllıq sahələrinin qorunması daim diqqət mərkəzində saxlanılır
203

Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi, yaşıllıqların artırılması, yaz mövsümünə hazırlıq məqsədi ilə təmizlik işləri uğurla davam etdirilir. Sözügedən işlər çərçivəsində Bağın ərazisi quru ot və alaqlardan təmizlənilir, dekorativ və meyvə ağaclarının dibi yumşaldılıb, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.  Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri sistemli şəkildə həyata keçirilir.