13 Jan
Mərkəzi Nəbatat Bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir
245

Mərkəzi Nəbatat Bağında yaz mövsümünə hazırlıqla əlaqədar olaraq bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirlir. Görülən işlər çərçivəsində ağac və kol bitkilərinin dibləri boşaldılıb, mineral və üzvi gübrələrlə təmin edilib və zərərvericilərə qarşı dərmanlanıb.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanılması işləri planlı şəkildə həyata keçirilir.