12 Jan
Mərkəzi Nəbatat Bağında təmizlik və mövcud yaşıllıqlara aqrotexniki qulluq işləri davam edir
123

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara aqrotexniki qulluq istiqamətində görülən işlər davam edir.  Belə ki, Bağın mövcud yaşıllıqların qorunub saxlanması üçün  mütəmadi təmizlik və səliqə-səhman işləri aparılıb, yığılan qar topaları ağac və kol bitkilərinin diblərinə boşaldılıb, ağacların dibləri bellənərək  gübrə verilib. Sözügedən tədbirləri aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.