26 Dec
Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi tədbirləri davam edir
159

Mərkəzi Nəbatat Bağında cari mövsüm ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi məqsədilə həyata keçirilən aqrotexniki qulluq tədbirləri uğurla  davam etdirilir. Bu aqrotexniki qulluq tədbirlərinə müntəzəm olaraq, ağacların budanması, suvarılması, diblərinin yumşaldılması, gübrələnməsi, zərərvercilərə qarşı dərmanlanması və s. tədbirlər daxildir. Göstərilən düzgün aqrotexniki qulluq tədbirlərində ağaclarda canlanma və yaşıllaşma müşahidə olunmuşdur ki, bu da Bağın rəhbərliyi, alimləri və sahə işçilərinin birgə fəaliyyətinin nəticəsidir.

Sözügedən tədbirlərin aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.