23 Dec
Mərkəzi Nəbatat Bağında yaşıllıqlara aqrotexniki qulluq tədbirləri davam edir
222

 

Mərkəzi Nəbatat Bağında mövcud yaşıllıqlara aqrotexniki qulluq istiqamətində görülən tədbirlər davam edir.  Belə ki, Bağın intensiv inkişafı ilə bağlı mütəmadi təmizlik və səliqə-səhman işləri aparılır, ağacların dibləri bellənərək suvarılır, zərərvericilərə qarşı mübarizə tədbirləri görülür. Sözügedən tədbirlərinin aparılması ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması ilə yanaşı, ərazinin gözəlləşməsinə də xidmət edir.