09 Dec
Mərkəzi Nəbatat Bağının alimləri ağac və kol bitkilərinə baxış keçirib
303

Mərkəzi Nəbatat Bağının alimi b.e.d. Həsən Babayev, baş aqronom Anar Salmanzadə və digər aqrotexniki əməkdaşlar payız-qış mövsumu ilə əlaqədar son bir il ərzində əkilmiş ağac və kol bitkilərinə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunub ki, Bağı əhatə edən 46 hektarlıq ərazidə becərilən hər bir  ağac və kol bitkilərinə son bir il ərzində göstərilən  düzgün aqrotexniki qulluq nəticəsində dinamik inkişaf etmişdir.

Qeyd edək ki, hətta Bağ ərazisinə digər bölgələrdən gətirilərək introduksiya edilmiş ağac və kol bitkiləri yüksək aqrotexniki qulluq nəticəsində yerli iqlimə uyğunlaşaraq sürətli inkişaf etmişdir. Uzun illər baxımsız vəziyyətdə qalmış bitkilər dərmanlama, gübrələmə, suvarma və digər aqrotexniki tədbirlər nəticəsində inkişaf mərhələsini tamamlayaraq toxum vermişdir. Buna misal olaraq həmişəyaşıl gərməşov bitkisinin toxumları yığılaraq yaz mövsumu üçün xüsusi şəraitdə konservasiya edilməsini göstərmək olar.