07 Dec
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinə aqrotexniki qulluq tədbirləri davam edir
162

Mərkəzi Nəbatat Bağında payız mövsümü ilə əlaqədar yaşıllıq sahələrinin mühafizəsi və yüksək səviyyəli aqrotexniki xidmətlərin göstərilməsi istiqamətində tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Görülən işlər çərçivəsində Bağın ərazisində mövcud olan ağacların dibləri boşaldılır, alaq otlarından təmizlənir, suvarma işləri aparılır  və lazımi gübrələrlə zənginləşdirilir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağı rəhbərliyinin nəzarəti ilə aparılan ağac və kol bitkilərinin yaza hazırlığı tədbirləri yüksək keyfiyyətlə həyata keçirilir.