05 Dec
Mərkəzi Nəbatat Bağının illik hesabatı dinlənilib
195

5 dekabr 2022-ci il tarixində Mərkəzi Nəbatat Bağının elmi fəaliyyətinin yekun hesabatı keçirilib. Hesabatda Mərkəzi Nəbatat Bağının 2022-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları müzakirə edilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq hesabatı təqdim etmək üçün sözü Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Həsən Babayevə verib. Həsən Babayev məruzəsində cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə Dövlət Proqramlarının icrası ilə əlaqədar müəssisədə yerinə yetirilmiş işlər haqqında ətraflı məlumat verib. Həmçinin, hesabatda laboratoriya müdirlərinin, məruzəçilərin cari ildə aparılmış elmi tədqiqatlar, onların əsas nəticələri, çap olunmuş elmi əsərlər, istinadların sayı, kadr hazırlığı, laboratoriya əməkdaşlarının yerli və xarici elmi tədbirlərdə iştirakı və sosial sferada fəaliyyəti ilə bağlı məlumatları dinlənilib. Hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər verilib. Sonda Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq Bağın elmi fəaliyyəti ilə bağlı öz tapşırıq və tövsiyələrini bildirib.