03 Nov
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri davam edir
284

Mərkəzi Nəbatat Bağında təbiətin mühafizəsi, yaşıllıqların artırılması istiqamətində işlər davam edir. Sözügedən işlər çərçivəsində bitkilərə lazımi aqrotexniki tədbir çərçivəsində ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqları budanıb, zərərvericilərə qarşı dərmanlanıb. Sözügedən tədbirlərin yüksək fəallıqla həyata keçirilməsinə daim diqqət göstərilir. Qeyd edək ki, görülən işlər, yaşıllıq sahələrinə qayğı hər kəs tərəfindən rəğbətlə qarşılanır.