02 Nov
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlər davam edir
166

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti və aqrotexniki əməkdaşlarının iştirakı ilə Bağda müntəzəm olaraq iməclik işləri aparılır, səliqə-səhman yaradılır. İməclik işləri çərçivəsində Bağın ərazisi şam ağaclarından on illərlə tökülüb qalan iynəyarpaqlardan və alaq otlardan təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb. İlboyu göstərilən aqrotexniki qulluq nəticəsində ötən il əkilmiş ağacların boy atdığı müşahidə olunmuşdu.

Qeyd edək ki, Bağın ərazisində ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Bağın daha da gözəlləşməsi istiqamətində görülən işlər daimi olaraq davam etdiriləcəkdir.