01 Nov
Mərkəzi Nəbatat Bağında yaşıllıqların mühafizəsinə yönəlmiş tədbirlər davam edir
262

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, torpaqların münbitliyinin artırılması, yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması yaşıllıqların qorunması və artırılması istiqamətində görülən tədbirlər uğurla davam etdirilir. Tədbirlər çərçivəsində yaşıllıqların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar aparılır. Yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlər də həyata keçirilir. Qeyd edək ki, Bağ inkişaf edir, günü gündən abadlaşaraq daha da gözəlləşir. Bu, özünü həm də statistik göstəricilərdə öz əksini tapır.