31 Oct
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin inkişafı yönümündə görülən tədbirlər davam edir
187

Bildiyiniz kimi, ağac və kol bitkilərinin intensiv inkişafı üçün hər mövsümə uyğun düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi vacibdir. Bununla əlaqədar olaraq, Mərkəzi Nəbatat Bağında sərv ağaclarının sıx olduğu sahələrə yağış suyu düşmədiyi üçün onlar suvarılıb, dibi yumşaldılıb, üzvi və mineral gübrələrlə zənginləşdirilmiş qara torpaq verilib, qurumuş budaqları budanıb və zərərvericilərə qarşı dərmanlanıb. Eyni zamanda torpağın münbitliyinin artırılması istiqamətində də işlər görülüb.

Mərkəzi Nəbatat Bağının rəhbərliyinin təşəbbüsü ilə Bağın ərazisində mövcud yaşıllıqların qorunması, insanların sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər sürətlə Bağın bütün ərazisində davam etdiriləcəkdir.