28 Oct
Mərkəzi Nəbatat Bağında iməclik tədbirləri davam edir
163

Mərkəzi Nəbatat Bağında ətraf mühitin mühafizəsi, torpaqların münbitliyinin artırılması, yaşıllıqların qorunması və artırılması istiqamətində görülən tədbirlər uğurla davam etdirilir. Belə ki, on illərlə ağacların gövdələrinə toplanan toz və torpaq son bir il ərzində mütəmadi olaraq yuyulub, onların dibi yumşaldılıb, gübrələnib, qurumuş budaqları budanıb, zərərvericilərə qarşı dərmanlanıb. Görülən bu tədbirlərin nəticəsində  ağaclarda canlanma və inkişaf müşahidə edilib. Eyni zamanda, Bağın təcrübə sahələrində yeni əkilmiş dekorativ və meyvə ağaclarına da payız fəslinə uyğun aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının rəhbərliyinin nəzarəti altında Bağın təmizliyinin lazımi səviyyədə saxlanılması, yaşıllıqların qorunması və inkişafı üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq həyata keçirilir.