25 Oct
Mərkəzi Nəbatat Bağının əkdaşları tərəfindən toxumların payız səpini aparılmışdır
225

AMEA Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkiləri” laboratoriyasının əməkdaşları tərəfindən bağın təcrübə sahəsində toxumların payız səpini aparılmışdır. Toxumlar “Qida və dərman bitkiləri” laboratoriyasının müdiri b.ü.f.d.dos. Yusif Zeynalov və “Bioloji kolleksiyalar” şöbəsinin əməkdaşı İlqar Quliyev tərəfindən Binəqədəi İcra Hakimiyyətinin bağından toplanmışdır. Əldə olunmuş toxumlar bağın əməkdaşları tərəfindən təcrübə sahəsində səpilmişdir. Səpilmiş toxumlar Callistemon citrinus, Acer rubrum, Acer saccharinum, Acer sacehari,Tilia cordata, Zelkova serrata, Crataegus carrierei, Albizia julibrissin, Ilex aquifolium, Dahlia variabilis, Ginkgo biloba və s. növlərdən toplanmışdır. Bu növlər bəzək bitkisi kimi dekorativ bağçılıqda və dərman bitkisi kimi müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə oluna bilər.