25 Oct
Mərkəzi Nəbatat Bağında 15 il sonra keçibuynuzu bitkisi çiçek açmışdır
250

Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkiləri” laboratoriyasının əməkdaşları Bağda mövcud olan keçibuynuzu bitkisinə baxış keçirib. Keçibuynuzu əkiləndən 15 il sonra ilk dəfə çiçək açıb. Əvvəlcə sarmaşığı, yetişəndən sonra qəhvəyi rəngli lobyanı xatırladan hündürlüyü 8- 10 metrə catan ağacı daim yaşıl olan bitkidir. Keçibuynuzu və ya digər adı Harnup olan meyvə planetimizin ən qədim bitkilərindən biridir, vətəni cənubi Anadolu, Suriya, Kipr, Yunanıstan, İspaniya, Tunis, Əlcəzair, Fələstin və Liviyadır. Keçibuynuzu toz halında və çiy şəkildə yeyilir, ondan bəhməz (doşab) hazırlanır. Keçibuynuzu bitkisinin tərkibindəki qall turşusu sağlamlığa müsbət təsir göstərən bir maddədir. Bitkinin tərkibindəki digər promotor maddələr onun xüsusiyyətlərini daha da artırır. Keçibuynuzu ağrıkəsici, antiseptik, allergiyaya qarşı, astma və xərçəng əleyhinə, mikroblara qarşı, ishal və qəbizliyə qarşı, bronxgenişlədici keyfiyətlərə malikdir, həmçinin keçibuynuzu qaraciyəri toksinlərdən təmizləyir, immun sistemini gücləndirir, uşaq iflcinin qarşısını alır, bundan başqa qida maddələrində E410 ilə göstərilən həcmartırıcı qida maddəsi kimi də istifadə olunur.