24 Oct
Mərkəzi Nəbatat Bağında torpaq tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülmüşdür
369

Mərkəzi Nəbatat Bağının və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi nümayəndələrinin iştirakı ilə Bağın ərazisində torpaq tərkibini öyrənmək məqsədilə torpaq kəsimləri prosesi həyata keçirilmişdir. Sözügedən proses Bağın ərazisinin 3 ayrı-ayrı hissələrində aparılmış, torpağın 0-30 sm, 30-60sm və 60sm-dən aşağı hissələrindən nümunələr götürülmüş və həmin nümunələr analiz üçün hazırlanmışdır. Qeyd edək ki, aparılan analizlər torpağın qida elementlərinə olan ehtiyacını, bitkiyə lazım olan gübrə növünü müəyyənləşdirmək və ondan səmərəli istifadə etmək,  torpağın uzun müddət və davamlı istifadəsini təmin etmək, eyni zamanda aqronomik məsləhət almaq üçün əlavə imkanlar yaradacaq.