24 Oct
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllıqlara qulluq tədbirləri davam edir
137

Mərkəzi Nəbatat Bağında yaşıllıqlara qulluq tədbirləri davam edir. Belə ki, Bağın ərazisində mövcud yaşıllıq sahələrinə və ağaclara aqrotexniki qulluq göstərilir, bitkilərin üzvi gübrələrlə təmin edilməsi, habelə zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında həyata kecirilən abadlıq və yaşıllaşdırma tədbirləri Bağa gəzintiyə gələn insanlarda olduqca  xoş təəssüratlar və məmnunluq hissi yaradır, onların asudə vaxtlarını səmərəli keçirmələrinə əhəmiyyətli təsir göstərir.