20 Oct
Mərkəzi Nəbatat Bağının inkişafı yönümündə tədbirlər görülür
181

Mərkəzi Nəbatat Bağında Elmi komissiyanın rəyi əsasında Bağda yaşıllıqlara aqrotexniki qulluq göstərilməsinə, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsinə yönəlmiş tədbirlər görülür.  Eyni zamanda bitkilərin boy artımının və inkişafının ,yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar aparılır. Fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulmaması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrdən qorunması üçün lazımi tədbirlər həyata keçirilir.