19 Oct
Mərkəzi Nəbatat Bağında ağac və kol bitkilərinin inkisafı diqqət mərkəzindədir
156

Mərkəzi Nəbatat Bağında payız mövsümü ilə əlaqədar olaraq  bitkilərə aqrotexniki qulluq tədbirləri davam etdirilir. Görülən işlər çərçivəsində ağac və kol bitkilərinin dibləri boşaldılır, mineral və üzvi gübrələrlə təmin edilir və mütəmadi olaraq suvarılır. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında torpaqların münbitliyinin artırılması, ağac və kol bitkilərinin inkişafı, yaşıllıqların qorunub saxlanması işləri planlı şəkildə aparılır.