18 Oct
Mərkəzi Nəbatat Bağında abadlıq-quruculuq işləri uğurla davam etdirilir
207

Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-yaşıllaşdırma və təmizlik işləri, aqrotexniki qulluq tədbirləri bitkilərin düzgün inkişafı üçün vacib faktorlardan biridir. Bununla əlaqədar olaraq yaşıllıqların gündəlik suvarılması, onlara aqrotexniki qulluq göstərilməsi, çoxillik bitkilərə  təbii gübrələrin verilməsi, diblərinin yumşaldılması işləri həyata keçirilir. Yumşaltmanın məqsədi yağıntı sularının yaxşı qəbulu, kökün havalandırılması, torpaqda olan zərərverici yuvalarının dağıdılması və payızda üzvi və mineral gübrələrin verilməsini təmin etməkdir. Bitkinin dibi yumşaltdıqdan sonra isə dairəvi formada gübrə səpilib torpağa qarışdırılıdır, gübrə torpaqda ionlaşır, parçalanır və minerallaşır.

 Bağın rəhbərliyi sözügedən işlərin yüksək keyfiyyətlə həyata keçirilməsinə daim diqqət göstərir.