17 Oct
Mərkəzi Nəbatat Bağının alimi Beynəlxalq konfransda iştirak etmişdir
187

3-4 oktyabr 2022-ci il tarixində Bakı Dövlət Universiteti, ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 20 illiyinə həsr olunmuş “Biologiyada nailiyyətlər və çağırışlar” adlı 11–ci Beynəlxalq konfrans keçirilmişdir. Konfransda 9 xarici ölkədən, həmçinin ölkəmizin ali təhsil müəssisələri və elmi-tədqiqat İnstitutlarından olan alimlər müxtəlif məruzələrlə  çıxış etmiş, müzakirələr aparmışlar. Mərkəzi Nəbatat Bağının “Qida və dərman bitkiləri” laboratoriyasının böyük elmi işçisi b.ü.f.d. Aynur Ərəbzadə “Yeni alma (Malus Mill.) növlərinin Abşeronda introduksiyası” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə Mərkəzi Nəbatat Bağının təcrübə sahəsinə yeni alma növlərinin introduksiyası, çoxaldılması, böyümə və inkişaf xüsusiyyətləri, fenologiyası, meyvələrinin kimyəvi tərkibi, məhsuldarlığı, xəstəlik və zərərvericiləri, perspektivliyi, dekorativ bağçılıqda və təsərrüfatın müxtəlif sahələrində istifadəsi haqqında məlumat verilmişdir. Sonda məruzəçilərə sertifikatlar verilmişdir.