17 Oct
Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir
236

Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir. Bu yönümdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür, torpaqda yumşaltma işləri aparılır, bitkilər alaq otlarından təmizlənilərək suvarılır və gübrələnir. Qeyd edək ki, Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekologiya sahəsində maarifləndirmə tədbirləri və həmçinin, təbiətə qayğı hissinin güclənməsi Bağın əməkdaşları tərəfindən daima diqqət mərkəzində saxlanılır.