27 Feb
Mərkəzi Nəbatat Bağında yaşıllıqların qorunması istiqamətində işlər davam edir
163

Mərkəzi Nəbatat Bağında bitkilərin mühafizəsi, yaşıllıqların artırılması, yaz mövsümünə hazırlıq məqsədi ilə iməclik işləri uğurla davam etdirilir.  Bu tədbirlər çərçivəsində belləmə, gübrәlәmә, alaq otlarından təmizləmə, ağacların qurumuş budaqları və yarpaq qalıqlarının yığılıb sahələrdən çıxarılması vә s. işlər həyata keçirilir. Bundan başqa, ağac və kol bitkilərinə düzgün aqrotexniki  qulluq tәdbirlәri hәyata keçirilir ki, bu da bitkilərin dinamik inkişafına öz müsbət təsiri göstərir.