05 Feb
Mərkəzi Nəbatat Bağında ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm tədbirlər görülür
185

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə Bağa gətirilmiş 2500-ə yaxın yeni bitki növlərinin əkilməsi prosesi davam edir. Yeni gətirilmiş bitkilərə dekorativ bitki növləri və meyvə ağacları da daxildir. Yeni əkilən bitkilərin  dinamik inkişafını təmin etmək məqsədilə  onlara lazımi aqrotexniki qulluq tədbirləri göstərilir- substraktlar hazırlanır, qara torpaq, üzvi və mineral gübrələr verilir.

Bununla yanaşı, Bağın dayanıqlı inkişafını təmin etmək məqsədilə əməkdaşlar şənbə günü də iməclik tədbirlərini həyata keçiriblər.

Qeyd edək ki, sözügedən tədbirlərin həyata keçirilməsi Mərkəzi Nəbatat Bağının bitki kolleksiyalarının növ müxtəlifliyinin zənginləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.