29 Jan
Mərkəzi Nəbatat Bağında bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib
277

Mərkəzi Nəbatat Bağının nəzdində yaradılmış Elmi komissiyanın rəhbərliyi və Bağın əməkdaşlarının iştirakı ilə Bağda növ müxtəlifliyinin dayanıqlığının təmin edilməsi, bitki kolleksiyalarının zənginləşdirilməsi və landşaft dizaynını yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər kompleksi həyata keçirilib.

Belə ki, 29 yanvar 2024-cü il tarixində Mərkəzi Nəbatat Bağına 12 növdə yeni bitki gətirilərək təcrübə sahələrində əkini başlanılıb. Sözügedən bitkilərə maqnoliya, kalina, fatuniya və s. bitkilər aiddir.

Qeyd edək ki, Mərkəzi Nəbatat Bağının landşaft dizaynının yaxşılaşdırılması və  inkişafı istiqamətində görülən tədbirlər kompleksi müntəzəm olaraq davam etdiriləcəkdir.